logo

Azərbaycanda SOCAR-ın 37-ci YDM-i istifadəyə verilib

18:11 21-12-2020 | icon 2338
Azərbaycanda SOCAR-ın 37-ci YDM-i istifadəyə verilib

Lerik rayonu, Piran kəndində “SOCAR” brendi ilə yeni yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib. Bununla da respublikamızda “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərin sayı 37-ə çatdırılıb.

“SOCAR Petroleum” QSC-dən YeniAvropa-ya bildirilib ki, cənub bölgəsində, Lənkəran-Lerik İpək Yolu istiqamətində hərəkət edən avtonəqliyyat vasitəsi sahibləri üçün bu YDM daha əlverişlidir.

Yeni istifadəyə verilmiş məntəqədə 3 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Beləliklə bu yanacaqdoldurma məntəqəsində “Premium”, “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək. Bununla da 4 kiçik avtonəqliyyat vasitəsi və 2 iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb.

Qeyd edək ki, “SOCAR Petroleum” QSC 37 yanacaqdoldurma məntəqəsi və 11 neft terminalından ibarət neft məhsullarının topdan satışı şəbəkəsinə sahibdir. Sıxılmış təbii qazın (CNG) mühərrik yanacağı kimi tətbiq olunmasında lider olan QSC-nin bu tip yanacağın istehsalı və satışı üçün terminalı fəaliyyət göstərir. “SOCAR Petroleum”un fəaliyyətinin prioritet istiqamətləri təhlükəsizlik, yanacaq satışının dəqiqliyi və xidmət rahatlığına xüsusi diqqət yetirərək müştərilərin ehtiyaclarını təmin etməkdir.