Gələn ilin dövlət büdcəsində neftin bir barrelinin qiyməti 40 ABŞ dolları götürülüb.
YeniAvropa xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində deyilir.
Bildirilir ki, pandemiya fonunda dünya iqtisadiyyatında davam edən qeyri-müəyyənliklər, eləcə də dəyişkən neft qiymətləri nəzərə alınaraq ortamüddətli dövr ərzində büdcə siyasəti və fiskal çərçivə məhz yeni qlobal çağırışlara və iqtisadi reallıqlara uyğun formalaşdırılıb, bu əsasda, ortamüddətli dövr üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barrelinin qiyməti 40 ABŞ dollarına bərabər götürülüb.