Cari ilin 11 ayında ölkədə keçən ilin müvafiq dövrünə nisbətən 4,7 faiz, yəni 1,5 milyard kubmetr artımla 33,7 milyard kubmetr təbii qaz hasil edilib.
YeniAvropa xəbər verir ki, bu barədə Energetika Nazirliyindən bildirilib.Qeyd edilib ki, qaz hasilatının 10,7 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 16,3 milyard kubmetri isə “Şahdəniz”dən əldə olunub.
Hesabat dövründə SOCAR üzrə isə 6,7 milyard kubmetr qaz hasil edilib.