İcazə portalında 60 nəfəri saxta yolla qeydiyyatdan keçirən dəstə tutuldu
Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində saxta məlumatlar əsasında ayrı-ayrı vətəndaşları “icazə.e-gov.az” portalında qeydiyyatdan keçirməklə onlara qanunsuz olaraq ölkə ərazisində xüsusi karantin postlarından sərbəst keçmələrinə şərait yaradan şəbəkə üzvləri ifşa ediliblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,tədbir zamanı müəyyən edilib ki, “24 Taxı” şirkətinin müdir müavini Yaqub Qafarov tanışları Roman Novruzov, Pərvin Rəhimli, Natiq Qubadov və Natiq Rzayev ilə birlikdə qanunsuz yollarla vətəndaşları icazə portalından qeydiyyatdan keçiriblər. Bunun üçün R.Novruzov, P.Rəhimli, N.Qubadov və N.Rzayev onlara karantin zamanı sərbəst hərəkət etmək üçün müraciət edən şəxslərin sənədlərini toplayaraq Y.Qafarova təqdim ediblər. Sonuncu isə öz növbəsində 150 manat müqabilində həmin şəxsləri rəhbərliyində təmsil olunduğu şirkətdə kuryer, sürücü kuryer və taksi sürücüsü kimi qeydiyyatdan keçirib. Bu yolla şəbəkə üzvləri xüsusi karantin rejiminin qaydalarını pozaraq sərbəst hərəkət etmək üçün 60-a yaxın vətəndaşın hər birindən 150 manat almaqla onları saxta sənədlər əsasında “icazə.e-gov.az” portalında qeydiyyatdan keçiriblər.
Araşdırma zamanı qeydiyyatdan keçən şəxslərin heç birinin göstərilən işlərlə məşğul olmadığı müəyyənləşdirilib və onların icazələri müvafiq qaydada ləğv olunub. Həmin şirkətin ofisinə baxış zamanı eyni məqsədlər üçün hazırlanmış saxta arayışlar, bank kartları və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb. Həmçinin bu şəxslərin sosial şəbəkələrdə öz aralarında danışıqları araşdırılan zaman da dəstə üzvlərinin etdikləri qanunsuz əməllər bir daha təsdiqini tapıb.
Faktlarla bağlı zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyi bir daha vətəndaşların nəzərinə çatdırır ki, operativ qərargahın müəyyənləşdirdiyi qadağalara və məhdudiyyətlərə, həmçinin karantin rejiminin təmin olunmasına cəlb olunmuş polis əməkdaşlarının və hərbi qulluqçuların qanuni tələblərinə əməl etməyən şəxslər haqqında ciddi hüquqi məsuliyyət tədbirləri görülür. Tətbiq edilən bütün məhdudiyyətlər hər bir vətəndaşın sağlamlığının qorunması məqsədi ilə həyata keçirilir.
Prezident daha iki nəfəri general rütbəsi ilə təltif edib
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib
Yol polisi Zəfər Günü ilə əlaqədar sürücülərə müraciət edib
Bu il 500 nəfər dövlət hesabına xaricdə təhsil alacaq
İlham Əliyev Maya Sandunu təbrik edib
Voleybolçu qızlarımız Avropa çempionatının seçmə mərhələsində yarışacaqlar
İstanbulda Türk dünyasının ilk ticarət sərgisi açılıb
Sabahdan 6 günlük bayram tətili başlayır
Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
Tramp Ukrayna müharibəsinin bitməsi üçün plan hazırlayır
Xəzər dənizində 3,4 ballıq zəlzələ olub
31 ildən sonra Ağdam Cümə məscidində camaat namazı qılınıb
İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik edib
Sabah Bakıda 16° isti olacaq
Kürdəmirdəa ağır avtoqəza: 6 nəfər xəsarət alıb
İlham Əliyev Böyükşor-Pirşağı avtomobil yolunun açılışında iştirak edib
Banklar bayram günlərində də işləyəcək
Paytaxtda xuliqanlıq edib tıxac yaratdı, həbs edildi
Azərbaycan nefti 77,53 dollara satılır
İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb
Milli Məclisin bugünkü iclasında 16 məsələ müzakirə olunur
Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkəti olacaq
İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb