Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, dekabrın 23-dən dekabrın 25-i səhərədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Xidmətdən YeniAvropa-ya bildirilib ki, dekabrın 24-ü gündüzdən dekabrın 25-i səhərədək şimal-qərb küləyinin sürəti saniyədə 15-18 metr olacaq, bəzi yerlərdə arabir 20-25 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4°-dək enəcək.
Dekabrın 22-si axşam qərb rayonlarından başlayaraq dekabrın 25-i səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Dekabrın 24-ü gündüzdən 25-i səhərədək qərb küləyinin sürəti 15-20 metr/saniyə olacaq, bəzi yerlərdə arabir saniyədə 23-25 metrədək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° enəcək. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.