logo

Neft Fondu dövlət büdcəsinə 12,2 milyard manat  transfert edəcək

14:10 21-12-2020 | icon 2436
Neft Fondu dövlət büdcəsinə 12,2 milyard manat  transfert edəcək

2021-ci ildə Dövlət Neft Fondundan büdcəyə transfertin məbləği 12,2 milyard manat səviyyəsində olacaq.

 YeniAvropa xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində deyilir.

Bildirilir ki, büdcənin gəlir və xərcləri arasında tarazlığın bərqərar edilməsi və zəruri xərclərin örtülməsi üçün Dövlət Neft Fondundan (ARDNF) götürülən transfertin illik həcmi həmin dövrdə büdcə və makroiqtisadi dayanıqlılığı təmin etməlidir. Bu əsasda, ölkə iqtisadiyyatının bərpası və gələcək inkişafının təmin edilməsi üçün 2021-ci ildə Dövlət Neft Fondundan transfertin məbləği 2020-ci ilin dürüstləşmiş büdcəsində olan səviyyədə olmaqla 12,2 milyard manat səviyyəsində qərarlaşacaq. Eyni zamanda, büdcə gəlirlərinin və xərclərinin ahəngdarlığının təmin edilməsi məqsədilə büdcə qaydası təkmilləşdiriləcək və onun növbəti illərdə tətbiq edilməsi məsələsinə baxılacaq.