Azərbaycanda koronavirus infeksiyasından 4317 nəfər müalicə olunaraq sağalıb, 2961 yeni yoluxma faktı qeydə alınıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 202 min 88 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 139 min 779 nəfər müalicə olunaraq sağalıb, 2210 nəfər vəfat edib. Aktiv xəstə sayı 60 min 99 nəfərdir.
Ötən müddət ərzində 2 milyon 63 min 754 test aparılıb. Bugünkü test sayı isə 14 min 515-dir.