logo

Bu gün Böyük çillə axşamıdır- sabah qış fəsli  başlayır

12:22 20-12-2020 | icon 3892
Bu gün Böyük çillə axşamıdır- sabah qış fəsli  başlayır

Azərbaycana qış fəsli qədəm qoyur.

YeniAvropa xəbər verir ki, bu barədə AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib.

Qeyd edilib ki, qış fəsli ölkəmizə dekabrın 21-də saat 14:02-də qədəm qoyacaq.

Ümumiyyətlə dekabrın 21-dən 22-nə keçən gecə Yer kürəsinin şimal yarımkürəsində ilin 365 gününün ən uzun gecəsihesab olunur. 

Xatırladaq ki, 90 günlük qış fəsli milli folklorumuzda 3 hissəyə bölünür. Böyük çillə 40 davam edir.Dekabrın 221-də başlayıb fevral ayının 1-2-si başa çatır. Sonra  Kiçik çillə başlayır və 20 gün davam edir.Ən nəhayət Boz ay gəlir ki, onun da ömrü 30 gün olur.

Xalq deyiminə görə, çillə gecələrini Novruz çərşənbələrinədək olan yolun başlanğıcı saymaq olar.

Bu günün xüsusi ritualları və təamları var. Çillə gecəsində, əsasən, xəmir xörəklərinin bişirilməsinə üstünlük verilir, həmin gün hədik və xəşil bişirərlər. Qoz halvası, yerkökü halvası, paxlava, günəbaxan toxumu, meyvələr və şirniyyatlar bu gecə süfrədə olmalıdır.

Azərbaycanın bəzi bölgələrdə bu gecədə süfrəyə qarpız, bəzilərində isə  borani(balqabaq) qoyulur.

0-1-1_2