logo

“icaze.gov.az” portalına saxta məlumatlar daxil edən vəzifəli şəxslər tutulub

13:33 19-12-2020 | icon 1974
“icaze.gov.az” portalına saxta məlumatlar daxil edən vəzifəli şəxslər tutulub

Koronavirus pandemiyasının yayılmasının qarşının alınması məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, vəzifəli şəxslər - Cahangirli Pərviz Vasif oğlunun və Kərimov Elçin Rafiq oğlunun “icaze.gov.az” portalına saxta məlumatlar daxil edərək ölkədə mövcud olan sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə vətəndaşların qanunsuz olaraq sərbəst hərəkətini təşkil etmələri faktı ilə bağlı materiallar toplanıb. Həmin materiallar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb. Toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin müvafiq qərarları ilə hər iki şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunub.

Azərbaycan Respublikasının Baş Prokurorluğu xəbərdarlıq edir ki, xüsusi karantin reji