Tərtərin icra başçısına daha bir ittiham: “Müharibə vaxtı gecələr…”
YeniAvropa xəbər verir ki, son günlər mətbuatda və sosial şəbəkələrdə adı ən çox hallanan məmurlardan biri də Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovdur.
İcra başçısının hədəfə götürülməsinə səbəb şəhid Xəyal Məmmədovun anasına qarşı soyuq münasibət bəsləməsi olub. Şəhid anasının dediyinə görə, icra başçısı ötən müddət ərzində nəinki onunla maraqlanmayıb, hətta qəhrəman şəhidimizin yas mərasimində də iştirak etməyib.
Qeyd edək ki, Müstəqim Məmmədov bu iddialara özünəməxsus şəkildə reaksiya verib. Şəhid Xəyal Məmmədovun yas mərasiminə qatılmadığını etiraf edən icra başçısı bunu sürücüsünün və köməkçisininin koronavirusa yoluxmasıyla əlaqələndirib. O, tezliklə yaslı ailəyə baş çəkəcəyini də istisna etməyib.
Xatırladaq ki, bu, Müstəqim Məmmədovun adı ətrafında yaranmış ilk ajiotaj deyil. Onun şəhid ailələrinin üzvləri və Qarabağ qazilərilə kobud davrandığına dair çoxlu faktlar var. Hətta bu problem vaxtaşırı mətbuatda da işıqlandırılır.
Bu məsələni araşdırarkən yeni faktlar əldə etdik. Tərtər sakinlərindən aldığımız məlumata görə, Müstəqim Məmmədovla bağlı narazılıq ilk dəfə 2016-cı ilin Aprel döyüşlərində meydana çıxıb. Belə ki, təmas xəttində qanlı döyüşlərin getdiyi 2-6 aprel tarixlərində icra başçısı Tərtərdə deyil, cəbhə bölgəsindən xeyli uzaqda yerləşən Yevlax şəhərində gecələyirmiş. Bu isə sakinlər arasında ruh düşkünlüyü yaradıb, dövlətə və onun müvafiq qurumlarına qarşı inamı sarsıdıb. Son vaxtlar baş verənlər isə közün üstünə tökülən yanacaq effekti verib və icra başçısının fəaliyyəti yenidən gündəmə gəlib.
Sonda vurğulamaq istərdik ki, 2016-cı ildən fərqli olaraq, Müstəqim Məmmədovun bu dəfə postunu qoruması inandırıcı görünmür, Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadədən sonra Milli Məclisin üzvü, Xalq şairi Sabir Rüstəmxanlının da onu hədəfə götürməsi halqanın daraldığını göstərir. Bu isə o deməkdir ki, 2020-ci ildə iş yerini itirən icra başçılarının siyahısında Müstəqim Məmmədovun da adı ola bilər…("Yenisabah")
Prezident daha iki nəfəri general rütbəsi ilə təltif edib
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib
Yol polisi Zəfər Günü ilə əlaqədar sürücülərə müraciət edib
Bu il 500 nəfər dövlət hesabına xaricdə təhsil alacaq
İlham Əliyev Maya Sandunu təbrik edib
Voleybolçu qızlarımız Avropa çempionatının seçmə mərhələsində yarışacaqlar
İstanbulda Türk dünyasının ilk ticarət sərgisi açılıb
Sabahdan 6 günlük bayram tətili başlayır
Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
Tramp Ukrayna müharibəsinin bitməsi üçün plan hazırlayır
Xəzər dənizində 3,4 ballıq zəlzələ olub
31 ildən sonra Ağdam Cümə məscidində camaat namazı qılınıb
İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik edib
Sabah Bakıda 16° isti olacaq
Kürdəmirdəa ağır avtoqəza: 6 nəfər xəsarət alıb
İlham Əliyev Böyükşor-Pirşağı avtomobil yolunun açılışında iştirak edib
Banklar bayram günlərində də işləyəcək
Paytaxtda xuliqanlıq edib tıxac yaratdı, həbs edildi
Azərbaycan nefti 77,53 dollara satılır
İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb
Milli Məclisin bugünkü iclasında 16 məsələ müzakirə olunur
Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkəti olacaq
İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb