logo

Rusiya Azərbaycan şirkətlərinə  alma ixracı qadağasını ləğv edib

19:15 18-12-2020 | icon 2548
Rusiya Azərbaycan şirkətlərinə  alma ixracı qadağasını ləğv edib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) dekabrın 21-dən Azərbaycandan alma idxalına qoyulan məhdudiyyətin bir hissəsini götürüb.

 YeniAvropa xəbər verir ki, bu barədə “Rosselxoznadzor”un mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, xidmət Şabranın “TURAZ”, “Ran Fruit” və “Əsədov Vahid” MMC-lərindən Rusiyaya alma idxalına qoyulan qadağanı ləğv edib.