Səhiyyə Nazirliyinin baş nevroloqu, Azərbaycan Nevroloqlar Assosiasiyasının və Epilepsiya ilə Mübarizə Beynəlxalq Liqasının Azərbaycan Bölməsinin prezidenti, Azərbaycan Tibb Universitetinin (ATU) Nevrologiya kafedrasının müdiri,professor Şərif Mahalov bu gün dünyasını dəyişib.
YeniAvropa xəbər verir ki, bu barədə ATU-dan məlumat verilib.
Qeyd edək ki, Şərif İslam oğlu Mahalov 1939-cu ildə anadan olub. 1964-cü idə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. 1972-ci ildə namizədlik, 1987-ci ildə 2-ci Moskva Dövlət Tibb İnstitutunda "Sinir və sinir-əzələ sistemlərinin irsi xəstəliklərinin fenotipik polimorfizmi və epidemiologiyası” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
Ş.Mahalov 250-dən çox elmi metodik işin, 2 monoqrafiyanın müəllifidir. 2000-ci ildə "Əməkdar həkim”, 2009-cu ildə "Əməkdar elm xadimi” adlarına layiq görülüb.
Allah rəhmət eləsin!