logo

DİN:31 dekabrda  şənliklərin təşkili yolverilməzdir

16:09 18-12-2020 | icon 1631
DİN:31 dekabrda  şənliklərin təşkili yolverilməzdir

“31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə son günlər ictimai iaşə obyektlərində, o cümlədən restoran və əyləncə mərkəzlərində şənliklərin təşkili ilə bağlı elanlar verilir. Diqqətə çatdırırıq ki, COVID-19 infeksiyasının daha geniş yayılmasının qarşısının alınması məqsədilə kütləvi şənliklərin, konsert proqramlarının təşkili və keçirilməsi yolverilməzdir".

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumatda bildirilib.Qeyd edilib ki, vətəndaşlarımızı belə kütləvi tədbirlərə iştirakla bağlı hər hansı elana və dəvətlərə inanmamağa, xüsusi karantin rejim qaydalarına əməl etməyə çağırırıq.

"Xüsusi karantin rejimi dövründə kütləvi tədbirlərin, şənliklərin, konsert proqramlarının təşkili və keçirilməsinə cəhdlərin qarşısı tərəfimizdən qətiyyətlə alınacaq, heç bir kütləvi tədbirin keçirilməsinə imkan verilməyəcək. Hər hansı belə fakt aşkarlanacağı təqdirdə təşkilatçılar və iştirakçılar qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb olunacaqlar”,-deyə Nazirliyin məlumatında bildirlir.