logo

 “Azercell” “Virtual Məktəb” layihəsinə növbəti töhfəsini verir

18:31 06-01-2021 | icon 3003
 “Azercell” “Virtual Məktəb” layihəsinə növbəti töhfəsini verir

Artıq “Azercell” abunəçiləri distant dərslərə daha rahat qatılacaq. Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC Təhsil Nazirliyinin çağırışına çevik cavab verərək pandemiya dönəmində “Microsoft Teams” platforması üzərindən distant təhsil alan şagird və tələbələri, eləcə də distant iş rejimində çalışan müəllimləri “Təhsil” internet paketi ilə sevindirir.

 YeniAvropa xəbər verir ki, “Azercell” “Təhsil” internet paketi çərçivəsində “Microsoft Teams” tətbiqindən bütün əməliyyat platformalarında və istənilən veb-brauzerdə eksklüziv şərtlərlə yararlanmaq imkanı verir. Beləliklə, “Azercell” abunəçilərinə bu tətbiqdən istifadə etmək üçün 10 GB həcmində interneti gündə cəmi 0,70 AZN-ə, 100 GB həcmində interneti isə ayda cəmi 9,90 AZN-ə təklif edir. Günlük paketə qoşulmaq üçün “tehsil1” açar sözünü, aylıq internet paketi üçün isə “tehsil30” açar sözünü 2525 qısa nömrəsinə göndərmək kifayətdir. Həmçinin internet paketləri “Azercell”in çoxfunksional “Kabinetim” tətbiqi vasitəsilə də aktivləşdirmək mümkündür.

Xatırladaq ki, fəaliyyəti boyunca ölkədə təhsilin inkişafına daim töhfə verən “Azercell” qlobal sağlamlıq böhranı dövründə də bu ənənəyə sadiq qalır. Belə ki, şirkət “Virtual məktəb” portalı üzərindən qeydiyyatdan keçmiş və “Azercell” abunəçisi olan 30 min müəllimə dəstək olaraq daha öncə 2 ay ərzində 5 GB internet də hədiyyə edib.

Qeyd edək ki, “Təhsil” internet paketindən “Azercell”in bütün fiziki şəxs statusuna malik abunəçiləri yararlana bilər.

Əlavə məlumat üçün bu səhifəyə keçid etməyiniz xahiş olunur.

Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.