logo

Mingəçevirdə və Xəzər dənizində zəlzələ olub

09:47 18-12-2020 | icon 1589
Mingəçevirdə və Xəzər dənizində zəlzələ olub

Dekabrın 18-də Mingəçevir şəhərində maqnitudası 3 bal olan zəlzələ baş verib.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.Qeyd edilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yeraltı təkanlar yerli vaxtla 05:18-də Mingəçevir stansiyasından 21 km şimal-qərbdə qeydə alınıb.

Zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.

Məlumatda daha sonra qeyd edilib ki, bu gün həmçinin, Xəzər dənizində də zəlzələ baş verib.  Maqnitudası 3,1 olan zəlzələ yerli vaxtla saat 05:26-da Qala stansiyasından 28 km şərqdə qeydə alınıb.

Zəlzələ ocağı 68 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.