logo

Vətən Müharibəsində 42 tibb işçisi şəhid olub, 159-u yaralanıb

18:49 17-12-2020 | icon 1806
Vətən Müharibəsində 42 tibb işçisi şəhid olub, 159-u yaralanıb

“Vətən müharibəsi zamanı digər hərbi qulluqçularla yanaşı, Müdafiə Nazirliyinin tibbi personalı da böyük qəhrəmanlıq və şücaət göstərib”.

YeniAvropa xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Müdafiə Nazirliyi Tibb Xidməti Baş İdarəsinin rəis müavini, polkovnik Elxan İbrahimov bildirib.

Onun sözzərinə görə, hərbi əməliyyatlar zamanı 159 tibb işçisi yaralanıb, ümumilikdə 42 tibb işçisi xidməti vəzifələrini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Onlardan 9-u həkim, 7-si feldşer, 26-sı sanitardır.