Fövqəladə Hallar Nazirliyinin Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanasında qəza baş verməsi ilə bağlı məlumat yayılıb.
YeniAvropa xəbər verir ki, sosial şəbəkədə yayılan məlumatlara görə, ötən gün saat 21:00 radələrində xəstəxanın oksigen stansiyasında partlayış qeydə alınıb. Hadisə nəticəsində bir neçə korpusda yerləşdirilən koronavirus xəstələrinin oksigen qəbul etməsində problem yaranıb.
Məlumatda o da qeyd olunur ki, məlum səbəbdən xəstəxananın 16-cı korpusunda bəzi xəstələr həyatını itirib. Hadisədən qismən zərər görən şəxslərin isə Saray qəsəbəsində yerləşən modul tipli xəstəxanaya köçürülüb.
Məsələ iiə bağlı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva KİV-ə müsahibəsində yayılan məlumatların əsassız olduğunu vurğulayıb: “Xəstəxanada heç bir qəza baş verməyib”.