Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.
YeniAvropa xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Gəncə şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Oktay Süleymanlı tutduğu vəzifədən azad olunub.
Nazirinimzaladığı digər bir əmrilə Oktay Süleymanlı paytaxtın Qaradağ rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyin olunub.