logo

Azərbaycanda daha 4077 nəfər  koronavirusa yoluxdu, 43 nəfər öldü

14:31 16-12-2020 | icon 1645
Azərbaycanda daha 4077 nəfər  koronavirusa yoluxdu, 43 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasına daha 4077 yoluxma faktı qeydə alınıb, 3854 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 43 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 187 min 336 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 122 min 859 nəfər müalicə olunaraq sağalıb, 2050 nəfər vəfat edib. Aktiv xəstə sayı 62427 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 998 min 577 test aparılıb. Bugünkü test sayı isə 17998-dir.