Sinoptiklər Bakıda və Abşeron yarımadasında gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.
Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən xəbərə görə, dekabrın 17-dən dekabrın 18-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-18 metr/saniyə olacağı, bəzi yerlərdə saniyədə arabir 20 metrədək güclənəcəyi, arabir yağış yağacağı gözlənilir.