Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 17 cinayətin üstünü “isti izlər”lə açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 69 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər,borclu şəxs qismində axtarılan 56 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 , qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.