Şirvan Apelyasiya Məhkəməsinin hakimi Fuad Soltanov yeni növ koronavirus (COVID-19) infeksiyasından vəfat edib.
YeniAvropa xəbər verir ki, bu barədə Şirvan Apelyasiya Məhkəməsindən bildilib. Qeyd edilib ki, Məhkəmənin Kommersiya kollegiyasının hakimi F. Soltanov bir müddətdir COVID-19 infeksiyasına yoluxub. Müalicə alsa da effekti olmayıb.
Fuad Soltanov bu gün səhər saatlarında dünyasını dəyişib.