logo

Şəhid kimi Lənkəranda dəfn edilən hərbi qulluqçu əsirlikdən qayıtdı

21:13 15-12-2020 | icon 1680
Şəhid kimi Lənkəranda dəfn edilən hərbi qulluqçu əsirlikdən qayıtdı

Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində erməni əsirliyindən və girovluğundan azad olunaraq Vətənə gətirilən hərbi qulluqçular arasında Vəliyev Vəliəhəd Şakir oğlu da var.

 YeniAvropa xəbər verir ki, 1998-ci ildə Lənkəranın Bala Şürük kəndində anadan olan Vəliəhəd Vəliyev Vətən müharibəsində iştirak edərək döyüşlərin birində ermənilər tərəfindən əsir götürülüb.

Lakin sosial şəbəkələrdə yayılan məlumata görə, bir müddət əvvəl onun şəhid olması xəbəri yayılmış və hətta cənazısi də yaşadığı kəndə gətirilərək dəfn edilib. Aradan bir müddət sonra Bala Şürük kəndində yaşayan ailəsinə zəng vurularaq övladlarının sağ-salamat olduğu və əsir düşdüşü xəbəri çatdırılıb. 

Xatırladaq ki, Dövlət Komissiyası tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində ötən gün 14 hərbi qulluqçu və mülki vətəndaş erməni əsirliyindən və girovluğundan azad olunaraq Bakıya gətirilib. Hazırda onlar müayinə və müalicə olunurlar.