Dövlət Sərhəd Xidmətinin polkovniki Şaiq Abdullayev vəfat edib.
YeniAvropa xəbər verir ki, o, ötən gün doğulduğu Qazax rayonunda dəfn edilib.
Bu barədə Şaiq Abdullayevin yaxınları sosial şəbəkədə məlumat paylaşıblar.
Qeyd edilib ki, mərhumla eyni gündə qardaşı, uzun müddət Qazax rayonunda müxtəlif vəzifələrdə çalışmış Hüseyn Abdullayev də dünyasını dəyişib.
Onların hər ikisinin ölüm səbəbinin koronavirusa yoluxma olduğu bildirilib.