Dekabrın 16-sı gündüz Azərbaycanın qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.
YeniAvropa xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd edilib ki, qərb küləyi əsəcək, bəzi yerlərdə arabir 15-20 metr/saniyəyədək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° enəcək. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
Qeyri-sabit hava şəraiti dekabrın 18-i gündüzədək davam edəcək.