Dörd-beş ay əvvəl yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxan və ondan sağalan şəxsin peyvənd vurdurmağa ehtiyacı yoxdur.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün təşkil etdiyi brifinqində Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, tibb elmləri doktoru, professor Adil Allahverdiyev məlumat verib.
Onun sözlərinə görə, əgər koronavirusla xəstələnən şəxsin orqanizmində anticisimlər əmələ gəlibsə, təkrar yoluxduğu təqdirdə xəstəliyi çox ağır keçirməyə bilər. Xəstəliyi keçirib və orqanizmində anticisimlər əmələ gəlməyibsə, onun təkrar yoluxması və xəstəliyi ağır keçirməsi mümkündür.