Hərbi jurnalist, "Azeri defence" jurnalının və "azeridefence.com" saytının təsisçisi və baş redaktoru Rəşad Süleymanov vəfat edib.
YeniAvropa xəbər verir ki, koronavirus infeksiyasına yoluxan jurnalist evdə müalicə alırmış.
O, ötən gecə həyatını itirib.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitərən R.Süleymanov “525-ci qəzet”, “Həftə içi” qəzeti, "APA" informasiya agentliyi və digər media qurumlarında çalışıb.
2012-ci ildən nəşr olunan hərbi yönümlü "Azeri defence" jurnalının təsisçisi və baş redaktoru idi.
Rəşad əslən Füzuli rayonundan idi. Bu yaxınlarda işğaldan azad edilən Füzuli rayonuna səfər edərək, sosial şəbəkədə şəkillər paylaşmışdə.
Allah rəhmət eləsin!