Yardımlı rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Kürəkçi kənd sakini C.Pəncəliyev saxlanılıb.
YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, şəxsi axtarış zamanı ondan heroin, metamfetamin və marixuana aşkarlanıb.
Davam etdirilən tədbirlər nəticəsində C.Pəncəliyevə narkotik vasitəni satmaqda şübhəli bilinən Avaş kənd sakini N.Alıyev də müəyyənləşdirilərək saxlanılıb və şəxsi axtarış zamanı ondan da 1 kiloqramdan artıq heroin, 340 qram metamfetamin, 300 qram marixuana və 200 ədəd “Neurica-150” həbləri aşkarlanaraq götürülüb.