Azərbaycanda koronavirus infeksiyasına daha 3112 yoluxma faktı qeydə alınıb, 2923 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 44 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 178 min 986 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 114 min 841 nəfər müalicə olunaraq sağalıb, 1966 nəfər vəfat edib. Aktiv xəstə sayı 62179 nəfərdir.
Ötən müddət ərzində 1 milyon 963 min 348 test aparılıb. Bugünkü test sayı isə 10045-dir.