COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, dekabrın 12-13-də polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları respublika ərazisində ictimai yerlərdə yaşayış̧ yerlərini tərk edən 55 aktiv COVID-19 xəstəsini müəyyənləşdirərək saxlayıblar.
Onlardan 54 nəfər tibbi qaydalar gözlənilməklə evə qaytarılıb, 34 nəfər barəsində isə cinayət işi başlanıb.
Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə istintaq araşdırmaları davam etdirilir.