Azərbaycanın tanınmış iş adamı, biznes məsləhətçisi, sığorta mütəxəssisi və təlimçisi Xəyal Məmmədxanlı dünyasını dəyişib.
YeniAvropa xəbər verir ki, Xəyal Məmmədxanlı bir müddət əvvəl koronavirusa yoluxub. Müalicə almaq üçün əvvəlcə onu "Yeni klinika"ya yerləşdiriblər. Lakin müalicəsində irəliləyiş olmadığından, sonradan onu Gömrük Hospitalına köçürüblər. 42 yaşlı iş adamı burada dünyasını dəyişib.
Allah rəhmət eləsin!