Uzun müddət paytaxtın Səbail rayon Məşğulluq Xidmətinin rəhbəri olmuş, bir müddət əvvəl isə 1 saylı Bakı Məşğulluq Mərkəzinin direktor müavini təyin ediən Fərəc Qasımzadə koronavirusdan dünyasını dəyişib.
YeniAvropa xəbər verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkədə məlumat yayıblar. Bildirilib ki, F.Qasımzadə və həyat yoldaşı ötən ay koronavirusa yoluxub və xəstəxanaların birində müalicə alıblar.
Lakin buna baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda F.Qasımzadənin həyat yoldaşının vəziyyətinin kritik olduğu deyilir.
Məlumatda daha sonra qeyd edilib ki, mərhumun oğlu hazırda cəbhədə hərbi xidmətdədir.