logo

Sabah axşamdan karantin postları yenidən bərpa ediləcək

20:20 12-12-2020 | icon 2310
Sabah axşamdan karantin postları yenidən bərpa ediləcək

Dekabrın 14-ü saat 00-dan etibarən Bakının giriş və çıxışlarında yenidən karantin polis postları quraşdırılacaq.

YeniAvropa xatırladır ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib ki, Azərbaycanda son aylarda yaşanan yüksək yoluxma səviyyəsi nəzərə alınaraq, virusun yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində sərtləşdirilmiş karantin tədbirlərinin həyata keçirilməsinə qərar verilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən:

• ölkə üzrə xüsusi karantin rejiminin müddəti 2021-ci il 31 yanvar 06:00-dək uzadılır;

• 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir;

• Xüsusi karantin rejiminin sərtləşdirilməsindən irəli gələrək 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər sahələrdə iş və xidmətlər dayandırılır. Bütün ticarət obyektlərinə, ictimai iaşə obyektlərinə, o cümlədən restoran, kafe və çay evlərinə müştərilərə yalnız çatdırma xidmətlərinin göstərilməsi və ya onlayn satışa icazə verilir;

Dövlət Yol Polisinin məlumatına görə, karantin şəraitində işləməsinə icazə verilən nəqliyyat vasitələrinin hərəkəti e-icaze.gov.az portalında qeydiyyat vasitəsilə tənzimlənəcək.