Tanınmış rejissor, İctimai Televiziyanın(İTV) sabiq rəhbəri Cəmil Quliyev koronavirusa yoluxub.
YeniAvropa xəbər verir ki, bu barədə İTV-nin əməkdaşları sosial şəbəkədə məlumat paylaşıblar.
Qeyd edilib ki, hazırda tanınmış rejissorun səhhəti ağırdır.Belə ki, o eyni zamanda şəkər xəstəsidir və ürəyində də problem var. Bu səbəbdən də Cəmil Quliyev həyati təhlükə ilə üzləşib.
Bir neçə gündür temperaturunun düşmədiyi bildirilir. Xəstəxanada yer tapa bilməyən C.Quliyev hazırda ev şəraitində müalicəsini davam etdirir.