Azərbaycanda koronavirus infeksiyasına daha 4268 yoluxma faktı qeydə alınıb, 4085 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 43 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 171 min 423 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 107 min 635 nəfər müalicə olunaraq sağalıb, 1883 nəfər vəfat edib. Aktiv xəstə sayı 61905 nəfərdir.
Ötən müddət ərzində 1 milyon 938 min 244 test aparılıb. Bugünkü test sayı isə 19 378-dir.