COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublikamızda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətdən AZƏRTAC-a bildiriblər ki, dekabrın 12-də keçirilən nəzarət-profilaktik tədbirlər nəticəsində paytaxtın Səbail rayonunda 20-ci sahədə epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimlərini pozan bərbərxana aşkarlanıb.
Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Bakı şəhər sakinləri - orada bərbər işləyən 1984-cü il təvəllüdlü̈ Alıyar Məmmədov və müştərisi, 1973-cü il təvəllüdlü̈ Faiq Əmirli saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbir görülüb.
Onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Bərbər 400, karantin qaydalarını pozan müştəri isə 200 manat məbləğində cərimə olunaraq sərbəst buraxılıblar.