Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) işğaldan azad olunmuş ərazilərimizdə yerli strukturlarının təşkilini davam etdirir.
YeniAvropa xəbər verir ki, bu haqda FHN-in mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, dekabrın 11-dən etibarən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kəlbəcər rayon Dövlət Yanğından Mühafizə Hissəsi Kəlbəcər şəhərində fəaliyyətə başlayıb. Hissə xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib.
Xatırladaq ki, bundan əvvəl FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərlərində və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli strukturları fəaliyyətə başlayıb.