İtaliya şirkəti Qarabağda elektroenergetika infrastrukturunun yaradılmasında iştirak edəcək
İtaliyanın “Ansaldo Energia” şirkətinin rəhbəri Marino Cuzeppenin təmsil etdiyi nümayəndə heyəti ilə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) rəhbəri Baba Rzayevin görüşü olub. Görüşdə İtaliyanın Azərbaycandakı səfiri Augusto Massari də iştirak edib.
YeniAvropa xəbər verir ki, bu barədə ASC-dən bildirilib. Qeyd edilib ki, B.Rzayev İtaliya-Azərbaycan arasında dostluq və əməkdaşlıq haqqında məsələyə toxunaraq Azərbaycanın haqq işi olan Qarabağ münaqişəsinin həllində İtaliyanın tutduğu mövqeyi yüksək qiymətləndirib. Dekabrın 9-da ölkəmizdə səfərdə olan İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin nümayəndə heyətinin Gəncəyə və işğaldan azad olunan Ağdam şəhərinə səfər etdiklərini, burada törədilən dağıntıları öz gözləri ilə görərək təəssüratlarını bölüşdüklərini xatırladıb.
“Azərenerji” ASC-nin bir sıra beynəlxalq nəhəng şirkətlərlə işbirliyinin olduğunu diqqətə çatdıran B.Rzayev bu görüşün əsas məqsədinin həmçinin Azərbaycanın işğaldan azad edilən ərazilərində yeni, müasir tipli elektroenergetika infrastrukturunun yaradılmasından ibarət olduğunu bildirib.
“Erməni işğalçıları 30 il ərzində Azərbaycanın qədim tarixi torpaqları olan bu ərazilərdə bütün infrastruktura, o cümlədən elektrik stansiyalarına çox ciddi ziyan vuraraq dağıntılar törədiblər. İndi bu ərazilərdə demək olar ki, enerji infrastrukturu yoxdur”, – deyə ASC-nin rəhbəri vurğulayıb.
B.Rzayev sıx əməkdaşlıq üçün şirkətlər arasında işçi qrupunun və Bakı şəhərində “Ansaldo Energia” şirkətinin ofisinin yaradılması da daxil olmaqla aşağıdakı layihələr üzrə əməkdaşlıq imkanlarını qonaqların diqqətinə çatdırıb.
Görüşdə işğaldan azad olunan ərazilərdə yeni generasiya güclərinin yaradılması üçün Kəlbəcər, Laçın bölgələrində yeni tikiləcək kiçik su elektrik stansiyaları layihələrinin birgə həyata keçirilməsi, işğaldan azad olunan ərazilərdə yüksəkgərginlikli yarımstansiyaların tikintisində və avadanlıqlar ilə təchizatında “Ansaldo Energia” şirkətinin iştirakı, tezliyin tənzimatı üçün (Bakı şəhəri yaxınlığında Səngəçal ərazisində) BOT formatında tikintisi planlaşdırılan 390 meqavat gücündə yeni elektrik stansiyası layihəsində “Ansaldo Energia” şirkəti ilə əməkdaşlıq məsələləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Bundan başqa, “Azərenerji”nin ötürmə sistem operatorunun idarəetməsinin təkmilləşdirilməsi üçün proqram təminatının və yeni texnologiyanın tətbiqi, ASC-nin baş idarəetmə, elm-tədris və laboratoriya kompleksində “Ansaldo Energia” şirkətinin istehsal etdiyi avadanlıqlardan ibarət trenajor mərkəzinin yaradılması məsələləri də müzakirə edilib.
“Ansaldo Energia” şirkətinin rəhbəri M.Cuzeppe “Azərenerji”nin sifarişi əsasında yenidən qurulacaq stansiyaların təchizatını təmin etmək üçün ölkəsinin yüksək texnoloji avadanlıqların istehsalında ön sıralarda olduğunu deyərək “Ansaldo Energia”nın Bakıda ofisinin yaradılması təklifini yüksək qiymətləndirib.
Sonra qonaqlar “Azərenerji” ASC-nin baş idarəetmə, elm, tədris və laboratoriya kompleksində yaradılan Enerjinin Baş İdarəetmə Mərkəzi, Tədris Mərkəzi və Energetiklərin Mədəniyyət Mərkəzi ilə tanış olublar.
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır