Hazırda paytaxtın əksər küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq, tıxac müşahidə olunur.
YeniAvropa xəbər verir ki, bu barədə BNA-dan bildirilib. Qeyd edilib ki, bu səbəbdən də bütün istiqamətlərdə müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkətində çətinliklər yaranıb. Hərəkət intervalında gecikmələr var. Ən çox sıxlıq bu küçə və prospektlərdə müşahidə edilib:
- Heydər Əliyev prospekti hər iki istiqamət kənar yol
- Ağa Neymətulla küçəsi
- Akademik Həsən Əliyev küçəsi
- Koroğlu Rəhimov küçəsi
- Təbriz küçəsi
- Ziya Bünyadov prospekti
- Babək prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsi
- Tbilisi prospekti
Fərdi avtomobil sürücülərindən avtobusların hərəkət üstünlüyünə anlayışla yanaşmaları xahiş olunub.