logo

Azərbaycanda koronavirusdan yeni antirekord: bir gündə 47 nəfər öldü

17:35 11-12-2020 | icon 1624
Azərbaycanda koronavirusdan yeni antirekord: bir gündə 47 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasına daha 4381 yoluxma faktı qeydə alınıb, 3658 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 47 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 167 min 155 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 103 min 550 nəfər müalicə olunaraq sağalıb, 1840 nəfər vəfat edib. Aktiv xəstə sayı 61765 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 918 min 866 test aparılıb. Bugünkü test sayı isə 16282-dir