Milli Məclisin dekabrın 11-də keçirilən plenar iclasında "Azərbaycan Respublikası Hesablama Palatasının sədrinin təyin edilməsi haqqında" məsələ müzakirəyə çıxarılıb.
YeniAvropa xəbər verir ki, iclasda Vüqar Tapdıq oğlu Gülməmmədovun Hesablama Palatasının sədri vəzifəsinə namizədliyi barədə rəyə baxılıb.
Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılıb və Vüqar Gülməmmədovun yenidən Hesablama Palatasının sədri vəzifəsinə təyin edilməsinə razılıq verilib.