"Azercell"dən : "Bizə zəfər yaraşır..." hədiyyəsi
Dünən Bakıda Azərbaycan Silahlı Qüvvələrinin Vətən Müharibəsində qazandığı tarixi Qələbə münasibətilə təntənəli hərbi parad keçirildi. Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Milli Ordumuzun rəşadəti nəticəsində ərazi bütövlüyümüzün və tarixi ədalətin bərqərar olması səbəbilə yaşanılan ümumxalq sevinc hissi dərin vətənpərvərlik duyğularının təzahürüdür. Bu sevinci abunəçiləri ilə bölüşən “Azercell Telekom” onları töhfəsiz qoymadı. Belə ki, “Qelebe” sözünü 2525-ə yazıb göndərən istifadəçilər "Azercell"in 4G şəbəkəsi daxilində 1GB həcmli hədiyyə internet paketini əldə etdilər. Həmçinin, abunəçilərə təntənəli hərbi paradı mobil cihazlarında izləmək üçün teleyayım imkanlarını rəqəmsallaşdıran, "Azercell"in təqdim etdiyi "NNTV" mobil TV xidməti vasitəsilə izləmə fürsəti verildi.
YeniAvropa xəbər verir ki, bu barədə şirkətdən verilən məlumatda qeyd edilir ki, "Azercell Telekom" işğaldan azad olunmuş ərazilərimizdə mobil infrastrukturun, eləcə də Qarabağın tacı sayılan Şuşa şəhərində 4G mobil şəbəkə stansiyalarının quraşdırılmasına başlayan ilk operator şirkətidir. Ölkənin lider mobil operatorunun radiobaza stansiyaları, demək olar ki, ordu birləşmələrimizlə birgə bütün cəbhə boyu irəliləyərək ən ucqar və əlçatmaz nöqtələrdə rabitə əlaqəsini həyata keçirməyə yardımçı olmuşdur.
Bundan əlavə, "Azercell" şirkəti ölkəmizin tarixi üçün taleyüklü bu dövrdə torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat həcmində vəsait köçürüb; “Kabinetim” tətbiqi üzərindən günün istənilən saatında, istənilən yerdən, 24/7 rejimində Silahlı Qüvvələrə Yardım Fonduna ianə köçürmələrini mümkün edib; cəbhə bölgələrinə ezam olunmuş informasiya müharibəsində savaşan bütün jurnalist və çəkiliş qrupları üzvlərinin balansına 100 AZN köçürüb; Gəncə, Bərdə şəhərlərində raket hücumu nəticəsində baş vermiş hadisələrdə abunəçilərinə rabitə dəstəyi göstərib; Vətən müharibəsində şəhid olmuş və yaralanmış hərbçilərin faktura borcunu bağışlayıb; “Azercell könüllüləri”nin xeyirxah təşəbbüslərinin davamı olaraq döyüşlərdə düşmənə layiqli cavab verən hərbçilərimizə əsgər payı göndərib və bu günə qədər ölkənin müxtəlif bölgələrində hərbi qulluqçu ailələrinə dəstək kampaniyalarını davam etdirir.
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır