logo

“Bir millət, iki dövlət. Zəfər paradı” poçt markası dövriyyəyə buraxıldı

09:42 11-12-2020 | icon 1617
“Bir millət, iki dövlət. Zəfər paradı” poçt markası dövriyyəyə buraxıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərmarka” MMC ötən gün Bakıda keçirilmiş qələbə paradı münasibətilə “Bir millət, iki dövlət. Zəfər paradı” adlı poçt markasını və "Birinci gün" zərflərini hazırlayaraq dövriyyəyə buraxıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlikdən bildirilib.

Qeyd edilib ki, layihənin məzmunu Azərbaycan-Türkiyə qardaşlığına, 44 günlük müharibə dövründə Türkiyənin Azərbaycana verdiyi mənəvi dəstəyə həsr olunub.

Markalar 100 min tirajla çap olunub. Həmçinin, 500 ədəd "Birinci gün" zərfi də hazırlanıb.

Xatırladaq ki, dekabrın 10-da Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan zərfləri möhürləyiblər.