logo

Azərbaycanda daha 4219 nəfər  koronavirusa yoluxdu, 38 nəfər öldü

16:52 10-12-2020 | icon 1568
Azərbaycanda daha 4219 nəfər  koronavirusa yoluxdu, 38 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasına daha 4219 yoluxma faktı qeydə alınıb, 3562 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 162 min 774 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 99 min 892 nəfər müalicə olunaraq sağalıb, 1793 nəfər vəfat edib. Aktiv xəstə sayı 61089 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 902 min 584 test aparılıb. Bugünkü test sayı isə 18006-dır.