logo

Bakıda qanunsuz ovla məşğul olan şəxslər cərimələniblər

16:08 10-12-2020 | icon 1701
Bakıda qanunsuz ovla məşğul olan şəxslər cərimələniblər

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə respublikanın şəhər və rayonlarında qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirləri davam etdirir.

DİN-in mətbuat xidmətdən YeniAvropa-ya bildirilib ki, paytaxtın Qaradağ rayonunun Sahil qəsəbəsində dəniz sahilində Bakı şəhər sakini R.Sadıxov, K.İsgəndərov, İ.Süleymanov və Yevlax rayon sakini K.İsgəndərovun ov qaydalarını kobud şəkildə pozmaları aşkarlanıb. Onlardan müxtəlif markalı 4 ədəd ov silahı götürülüb.

İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsi) maddəsinin tələblərini pozmuş həmin şəxslər barəsində inzibati protokollar tərtib edilib və hər biri 1000 manat məbləğində inzibati qaydada cərimələnib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.