logo

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət etdi

15:55 10-12-2020 | icon 1652
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət etdi

Daxili İşlər Nazirliyi (DİN) xüsusi karantin rejimi qaydalarına ciddi əməl olunması ilə bağlı vətəndaşlara müraciət edib.

YeniAvropa xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, müraciətdə virusa yoluxan şəxslərin ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, xüsusi karantin rejimi qaydalarını pozaraq yaşayış yerlərini tərk etməsi hallarının müşahidə olunduğu vurğulanıb.

Qeyd olunub ki, dekabrın 9-da polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublikamızda əhalinin intensiv hərəkət etdiyi, ictimai yerlərdə 25 nəfər aktiv COVID-19 xəstəsi müəyyənləşdirilərək saxlanılıb. Görülən tədbirlərlə həmin şəxslər evə qaytarılıblar.

Onlardan 21 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.

DİN bir daha vətəndaşlarımızı xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırır.