Azərbaycandakı bütün hava limanları 31 yanvar 2020-ci il tarixinə qədər müntəzəm sərnişin reyslərinin həyata keçirilməsi üçün bağlıdır.
YeniAvropa xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, karantin dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsi ilə xüsusi reyslərinin yerinə yetirilməsi davam etdiriləcək.