logo

Qaradağ rayonunda nişan keçirmək istəyən şəxslər cərimələniblər

18:50 09-12-2020 | icon 1792
Qaradağ rayonunda nişan keçirmək istəyən şəxslər cərimələniblər

Qaradağ rayon Polis İdarəsinin 38-ci polis bölməsi əməkdaşları rayonun Korgöz qəsəbəsində karantin qaydalarını pozaraq nişan mərasimi keçirilməsinin qarşısını alıblar.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilibki, mərasimin təşkilatçısı Abşeron rayon sakini Elşən Verdiyev və nişan zamanı orada olan 15 nəfər barədə inzibati protokol tərtib olunub. Onların hər biri 200 manat məbləğində cərimə ediliblər.