“Hazırda Azərbaycanın bank sektorunda 7,4 milyard manat əmanət var, bunun isə 6,4 milyard manatı qorunur”.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının(AMB) sədri Elman Rüstəmov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında məlumat verib.
“Gələn il mart ayında banklara əmanət qoyuluşuna dair bir sıra yeniliklərlə çıxış edəcəyik”, - deyə Elman Rüstəmov qeyd edib.
AMB-nin sədri deyib ki, koronavirus pandemiyasına və Vətən müharibəsinə baxmayaraq il yaxşı göstəricilərlə başa çatacıq: Bu gün dövlətimizin qarşısında duran çox ciddi çağırışlar var.Lakin buna baxmayaraq maliyyə sistemimiz bu ili yaxşı göstəricilərlə başa vuracaq".