logo

İcra başçısının müavini koronavirusdan vəfat edib

11:54 09-12-2020 | icon 1666
İcra başçısının müavini koronavirusdan vəfat edib

Paytaxtın Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Qurban İsmayılov koronavirusdan vəfat edib.

YeniAvropa xəbər verir ki, bu barədə RİH-dən bildirilib. Qeyd edilib ki, Q.İsmayılovun iki həftə əvvəl verdiyi test pozitiv çıxıb. Daha sonra , o xəstəxanada müalicə alıb.

49 yaşlı İsmayılov Qurban Soltanəli oğlu daha əvvəl Səbail Rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində işləyib.

2017-ci ildən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışırdı. 3 övladı var.

Allah rəhmət eləsin!